Yazını böyüt
Yazını kiçilt
Səbail rayonunun Azadlıq prospektində yolu keçən paytaxt sakini Ofelya Əliyeva sürücü M.Hetenyinin idarə etdiyi “Kia Sportage” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.